Məxfilik siyasəti
Bu səhifə hansı məlumatı topladığımızı, niyə saxladığımızı və kimlərlə paylaşdığımızı izah edir. Sadə dildə yazılıb — hüquqi mətn deyil.
Hansı məlumatları toplayırıq
Yalnız xidmətin işləməsi üçün lazım olanı saxlayırıq:
- E-poçt ünvanı — hesabın açarıdır. Google ilə qeydiyyatdan keçsəniz Google-un verdiyi e-poçt və hesab nömrəsi saxlanılır.
- Şifrə — açıq şəkildə yox, geri qaytarıla bilməyən şifrələnmiş formada. Google ilə girənlərdə şifrə ümumiyyətlə saxlanılmır.
- IP ünvanı və brauzer məlumatı — girişlərdə. Bu, hesabınızı sındırma cəhdlərindən qorumaq üçündür.
- Sifariş tarixçəsi — hansı ölkə və xidmət üçün nömrə aldığınız, həmin nömrəyə gələn SMS mətnləri.
- Ödəniş qəbzi — balans artıranda yüklədiyiniz şəkil və ya PDF.
- Balans və əməliyyatlar — hər artım və çıxım.
Nə toplamırıq
Saytda heç bir izləyici, reklam pikseli və ya analitika sistemi yoxdur. Sizi başqa saytlarda izləmirik. Kart nömrəsi, CVV və bank məlumatı ümumiyyətlə istənilmir — ödəniş M10 tətbiqində, bizdən kənarda baş verir.
Şəxsiyyət vəsiqəsi, selfi və ya ünvan tələb etmirik.
Çərəzlər
Saytda üç çərəz işlənir və üçü də texnikidir:
- Sessiya çərəzi — sizi tanıyır ki, hər səhifədə yenidən giriş etməyəsiniz.
- Google girişi zamanı iki müvəqqəti çərəz — sorğunun saxtalaşdırılmasının qarşısını alır. 10 dəqiqədən sonra özləri silinir.
Kimlərlə paylaşılır
Məlumatınızı satmırıq və reklam üçün heç kimə vermirik. Xidmətin işləməsi üçün üç tərəflə əlaqə var:
- Nömrə provayderi — nömrə almaq üçün ölkə və xidmət adı göndərilir. Sizin e-poçtunuz və ya şəxsiyyətiniz ora getmir.
- Google — yalnız «Google ilə davam et» düyməsini bassanız. Google bizə adınızı və e-poçtunuzu verir, biz Google-a sizin sayt fəaliyyətinizi göndərmirik.
- Telegram — yalnız saytın sahibinə bildiriş göndərmək üçün (məsələn yeni ödəniş sorğusu). Bu, bizim öz botumuzdur.
Nə qədər saxlanılır
Hesabınız açıq qaldığı müddətdə məlumat saxlanılır — sifariş tarixçəsini və balansınızı görə biləsiniz deyə. Ödəniş qəbzləri mübahisə hallarında sübut kimi lazım olur, ona görə onlar da hesabınızla birlikdə qalır.
Giriş sessiyaları müddəti bitəndən sonra avtomatik silinir.
Hüquqlarınız
İstənilən vaxt bizə yazıb bunları tələb edə bilərsiniz:
- Haqqınızda saxlanılan məlumatın siyahısını almaq.
- Səhv məlumatın düzəldilməsi.
- Hesabın və ona bağlı məlumatın silinməsi. Qanunla saxlanılması vacib olan ödəniş qeydləri istisna olmaqla hər şey silinir.
Təhlükəsizlik
Sayt HTTPS ilə işləyir — brauzerlə server arasındakı məlumat şifrələnir. Şifrələr geri qaytarıla bilməyən formada saxlanılır. Giriş sessiyaları bazada açıq şəkildə deyil, şifrələnmiş izi ilə saxlanılır: baza sızsa belə onlarla hesaba girmək mümkün olmur.
Buna baxmayaraq heç bir sayt tam təhlükəsiz deyil. Hesabınızı qorumaq üçün başqa saytda işlətdiyiniz şifrəni burada təkrar etməyin.
Əlaqə
Sual və ya tələbiniz olsa saytdakı dəstək ünvanına yazın. Məxfiliklə bağlı müraciətlərə imkan daxilində tez cavab veririk.